Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı olmuşdur

 

Prezident İlham Əliyevin təşəbbüsü qayğısı ilə əsaslı təmir olunmuş, yenidənqurma işləri aparılmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılış mərasimi olmuşdur.

Yaradıcı ziyalıların, elm xadimlərinin, Milli Məclisin deputatlarının iştirakı ilə keçirilən tədbirdə muzeyin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Hüseynov bu mədəniyyət ocağının yaradılması tarixi, təmirdən əvvəlki sonrakı vəziyyəti barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, muzey respublika hökumətinin qərarı ilə 1939-cu ilin noyabrın birində Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar yaradılmışdır. Bir sıra hazırlıq işləri görüldükdən sonra 1941-ci ildə ictimaiyyət üçün açılışı nəzərdə tutulmuşdur. Lakin İkinci Dünya müharibəsi buna imkan verməmişdir. Muzeyin qapıları tamaşaçıların üzünə yalnız 1945-ci il mayın 9-da - Qələbə qeyd edildikdən 5 gün sonra açılmışdır. Bu il isə rəsmən muzeyin yaradılmasının 70 ili tamam olur. Onun yubileyinin oktyabr yaxud noyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur.

Muzeyin binasının 1850-ci ildə birmərtəbəli karvansara kimi tikildiyini, 1915-ci ildə ona ikinci mərtəbə artırılaraq "Metropol" mehmanxanasına çevrildiyini, 1918-1920-ci illərdə buranın Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabinetinin həm , həm yaşayış yeri olduğunu diqqətə çatdıran R.Hüseynov vurğulamışdır ki, burada memarlar Sadıq Dadaşov Mikayıl Hüseynovun layıhəsi əsasında yenidənqurma işləri aparıldıqdan sonra 1939-cu ildən binada Nizami Gəncəvi adına muzey yerləşmişdir.

Prezident İlham Əliyevin göstərişi əsasında aparılmış əsaslı təmir yenidənqurma işlərindən danışan R.Hüseynov bildirmişdir ki, əvvəl 800 kvadratmetr olan ekspozisiya sahəsi hazırda 2500 kvadratmetrə çatdırılmış, eksponatlar 30 əsas, 10 köməkçi zalda yerləşdirilmişdir. Kütləvi tədbirlərin keçirilməsi üçün 270 75 yerlik iki salon yenidən qurularaq müasir mebel avadanlıqla təmin edilmişdir. Bütün zallar kompüterləşdirilmiş, tamaşaçıların işləmələri üçün ayrıca monitorlar quraşdırılmış, üç dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr etməkdən ötrü 14 monitor dinləmə qurğuları istifadəyə verilmişdir. Muzeyə gələn qonaqlara Azərbaycan, ingilis, rus, fars sair dillərdə izahatlar veriləcəkdir.

Tədbirdə bildirilmişdir ki, binanın daxili xarici işıqlandırılması, bütün ekspozisiya inzibati korpusun daimi videonəzarət sistemləri yaradılmışdır. Muzeydəki tədbirləri, mədəniyyət tariximizlə bağlı süjetləri şəhər sakinlərinə mütəmadi çatdırmaq üçün binanın xaricində xüsusi səsli monitor quraşdırılmış, əvvəllər müxtəlif ticarət obyektlərinin yerləşdiyi birinci mərtəbədəki otaqların vitrinləri ədəbiyyatımızın klassiklərini onların seçmə fikirlərini əks etdirən, şəhər əhalisi qonaqların diqqət dairəsinə daxil olmuş dekorativ banerlərlə bəzədilmişdir. 200-dən artıq əməkdaşı olan muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altında açıq ekspozisiya kimi hazırlanmışdır.

Rafael Hüseynov təyinatı etibarilə yalnız MDB ölkələrində deyil, Yaxın Orta Şərqdə, eləcə Avropada yeganə Ədəbiyyat Muzeyi olan bu mədəniyyət ocağını yeni görkəmdə xalqımıza bəxş etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Sonra mərasim iştirakçıları muzeyin eksponatları ekspozisiya zalları ilə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-15 may.-S.4.