Ölkəmizdə daha bir idman bayramı

 

Xəbər verildiyi kimi, mayın 15-17- Bakıda bədii gimnastika üzrə 27-ci Avropa çempionatı keçiriləcək.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində üç gün davam edəcək yarışlarda 32 ölkənin 186 gimnastı medallar uğrunda mübarizə aparacaq. Fərdi proqramda 31 ölkənin 75 idmançısı, yeniyetmələrin qrup komanda mübarizəsində isə 17 kollektiv 6 dəst medalın müqəddəratını həll edəcək.

Dünən Heydər Əliyev adına İdman-Konsert Kompleksində mətbuat konfransı keçirilmişdir. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bildirmişdir ki, qitə birinciliyində ölkəmizin idman şərəfini fərdi proqramda Aliyə Qarayeva, Anna Qurbanova Zeynəb Cavadlı, qrup komandalarının mübarizəsində isə Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova Lalə Məhərrəmova qoruyacaqlar.

Bakı arenasında həmçinin rusiyalı idmançılar - olimpiya çempionu Yevgeniya Kanayeva, 2005-ci ilin mütləq dünya çempionu Olqa Kapranova, 2006- ilin mütləq Avropa çempionu Vera Sesina, hazırkı dünya çempionu, ukraynalı Anna Bessonova, belaruslu Svetlana Ruqalova, israilli İrina Rizenson kimi tanınmış gimnastlar, habelə bu ölkələrin yeniyetmələrdən ibarət qrup komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, 25-ci Avropa çempionatı yeni olimpiya mərhələsində ilk vacib yarış olacaq. Bakı turniri 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına gedən yolun başlanğıcıdır. Yəni, növbəti dörd illiyin ilk mərhələsi məhz paytaxtımızda başlayacaq.

Bu gün start götürən qitə birinciliyinin rəsmi loqotipində Azərbaycan milli bayrağının rənglərindən istifadə edilmiş o, "Hisslər tufanı" adını almışdır. Çünki çempionat təkcə idman yarışı deyil - bu, Bakı üçün əlamətdar hadisə, idmançılar üçün isə ümidlərin gerçəkləşdiyi, "ulduz"ların parladığı yerdir. Burada idmançılar uzun müddət gözlədiklərinin şahidi olurlar.

Qitə çempionatında gimnastların talismanı şən yaraşıqlı, "Gözəl" adlı qəzal olacaq. O, yarışlar ərzində yüksək əhval-ruhiyyə yaradacaq, iştirakçıları tamaşaçıları müşayiət edəcək.

Mətbuat konfransında iştirak edən Avropa Gimnastika İttifaqının prezidenti Dimitros Dimitropulos, Avropa Gimnastika İttifaqının Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayge Bruneger, bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasileva jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.

 

 

Rizvan Cəfərov

 

Azərbaycan.-2009.-15 may.-S.8.