"Şəhərsalmanın əsasları haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavə edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. ikinci-altıncı abzaslar aşağıdakı redaksiyada verilsin:
"xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda;
baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə;
mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə;
mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda;
tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda;";
2. yeddinci-onuncu və on ikinci-on beşinci abzaslar çıxarılsın;
3. on birinci abzas müvafiq olaraq yeddinci abzas hesab edilsin, həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
"tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törədildikdə və həmin orqanın göstərişlərinə əməl edilmədikdə.".
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 aprel 2009-cu il
Azərbaycan.-2009.-16 may.-S.1.