Yeni Azərbaycan
Partiyasında Çin
Xalq Respublikasının
ölkəmizdəki səfiri
ilə görüş
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirmişlər ki, mayın 14-də sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan ilə görüşmüşdür.
Azərbaycanda diplomatik fəaliyyətə yeni başlamış səfir ölkəmizlə ilk tanışlığın onda xoş təəssürat yaratdığını qeyd etmiş, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, əlaqələrin daha da inkişafında Prezident İlham Əliyevin ÇXR-ə səfərinin mühüm rol oynadığını xüsusi vurğulamışdır.
Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu nəzərə çatdıran səfir, ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Ölkələrimiz arasında əlaqələrin
məmnunluq doğurduğunu
qeyd edən
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-16 may.-S.4.