Filmlərin mühafizəsinə dövlət
qayğısı
Əlbəttə, onların əməyi, zəhməti
hədər getməyib.
Yadigarları yaradıcılıq
nümunələri müasir
dövrümüzə çatıb.
Əvvəllər həmin
lent təsvirləri necə gəldi saxlanılırdısa, indi
onlar dünya standartlarına uyğun mühafizə edilir. Dövlət başçısının
sərəncamı ilə
bədii-publisistik filmlərin qorunması, saxlanılması üçün
müasir texniki avadanlıqlar quraşdırılmış
yeni bina istifadəyə verilmişdi.
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət
xadimi Cəmil Quliyev bu barədə
dedi:
- Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva film fondun yeni istifadəyə
verilmiş binasında
oldular. Dövlət başçısı və
xanımı ilk əvvəl foyedə ulu öndər Heydər Əliyevin milli kino sənətinin
inkişafındakı xidmətlərini
canlandıran fotoguşəyə,
film fondun xarici, daxili görünüşlərini əks
etdirən fotoşəkillərə
baxdılar. Dövlət
başçısına məlumat
verildi ki, ümumi sahəsi 8,6 min kvadratmetr olan binanın birinci mərtəbəsində
texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı
otaqlar yerləşir.
Fondda dünya kinosunun tarixini əks etdirən kinokameralar, o cümlədən 1902-ci
ilin istehsalı olan "Edisson" kinoproyektoru, 1910-cu ildə
istehsal olunan "Debri" kinokamerası, habelə Azərbaycan kinosunun tarixi baxımından qiymətli
olan yazının dərc olunduğu "Kaspi" qəzetinin nadir nüsxəsi və digər eksponatlar nümayiş etdirilir.
Dövlət Film Fondunda ümumilikdə 64 min 373 ədəd saxlanma vahidi həcmində kinomaterial,
10 mindən çox müxtəlif arxiv sənədləri, eləcə
də Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır.
Burada xüsusi temperatur rejimi tətbiq olunur. Fondda siqnalizasiya və videomüşahidə
sistemi qurulmuşdur. Qədim tarixi olan filmlərin qorunması üçün
xüsusi boks yaradılmışdır. Onların
sayı 1000 ədəddən
çoxdur. İndiyə
qədər Rusiya arxivlərində saxlanılan
30-a qədər Azərbaycan
filminin nüsxələri
fondun arxivinə daxil edilmişdir.
Fondda kino ilə bağlı 12 mindən çox foto da qorunur.
Fotoarxivə dünyanın müxtəlif
yerlərində istehsal
edilən filmlərin fotoşəkilləri də
daxil edilmişdir. Əməkdaşlarımız bu
şəkilləri şəxsi
arxivlərdən yığmışlar.
Ötən əsrin
60-cı illərində
istehsal edilən ekran əsərindən çıxarılan fotolar
üzərində bərpa
işləri aparılıb. Arxivə Avropa və Amerikada, Baltikyanı ölkələrdə çəkilən
filmlərin fotoşəkilləri
də daxil edilmişdir.
Dövlət Film Fondunda görülən işlər Azərbaycan kino incilərinin daha mükəmməl və etibarlı qorunmasına imkan verəcək. Burada kino tarixi ilə
bağlı tədqiqatların
aparılması üçün
də lazımi şərait var.
T.Ağaoğlu
Azərbaycan.-2009.-16 may.-S.7.