"Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 28 aprel tarixli 806-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında
"Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər
və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması
barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ- hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3. öz səlahiyyətləri
daxilində "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa dəyişikliklər və əlavələr
edilməsi barədə" Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Bu sərəncam dərc
edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 may
2009-cu il
Azərbaycan.-2009.-17 may.-S.1.