"Azərbaycan Sərhəd
Mühafizəsinin 90 illiyi
(1919-2009)" Azərbaycan Respublikasının
yubiley medalının
təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə
"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 809-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 may 2009-cu il
Azərbaycan.-2009.-17 may.-S.1.