Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə 213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 25-ci maddədə:

1.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

"2. Danışıqlara başlamaq üçün yazılı təklif alan tərəf 10 təqvim günü ərzində danışığa başlamalı və kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfə danışıqlarda onun tərəfindən iştirak edəcək nümayəndələr barədə məlumat təqdim etməklə cavab göndərməlidir. Kollektiv danışıqların aparılması təşəbbüsü ilə çıxış edən tərəfin qeyd edilən cavab məktubunu aldığı gündən sonrakı gün kollektiv danışıqların başlanması günü sayılır.";

1.2. maddəyə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

"6. İşəgötürənlərin, o cümlədən icra hakimiyyəti orqanlarını, yerli özünüidarəetmə orqanlarını, eləcə də onların yaratdığı və ya maliyyələşdirdiyi təşkilatları təmsil edən şəxslərin işçilərin adından kollektiv danışıqlar aparmasına və kollektiv müqavilələr, sazişlər bağlamasına yol verilmir.".

2. 28-ci maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

"3. Kollektiv müqavilə müəssisənin özündə, onun filiallarında, nümayəndəliklərində və digər müstəqil struktur bölmələrində bağlanıla bilər. Müəssisənin filialında, nümayəndəliyində və ya digər müstəqil struktur bölmələrində kollektiv danışıqların aparılması, kollektiv müqavilənin hazırlanması, bağlanması və ya onlarda dəyişikliklərin edilməsi məqsədi ilə həmin bölmənin rəhbərinə işəgötürən tərəfindən zəruri səlahiyyətlər verilir.".

3. 32-ci maddənin:

3.1. 3-cü hissəsində "bağlananadək" sözündən sonra ", lakin ən çoxu üç il müddətədək" sözləri əlavə edilsin;

3.2. 4-cü hissəsində "dəyişikliklərin edilməsi," sözlərindən sonra "işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi," sözləri əlavə edilsin;

3.3. 6-cı hissəsində "ləğv olunduğu" sözlərindən sonra "və ya birləşmə, bölünmə və yaxud ayrılma formasında yenidən təşkil olunduğu" sözləri və "ləğvetmə" sözündən sonra "və ya yenidən təşkiletmə" sözləri əlavə edilsin.

4. 42-ci maddənin 1-ci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.".

5. 43-cü maddənin 2-ci hissəsinin:

5.1. "a" bəndinə "ünvanı" sözündən sonra ", şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı" sözləri əlavə edilsin;

5.2. "b" bəndi aşağıdakı redaksiyada verilsin:

"b) işəgötürən hüquqi şəxs olduqda onun adı və hüquqi ünvanı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə onun adı, soyadı, atasının adı, ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı;".

6. 45-ci maddədə:

6.1. 4-cü hissədə "hallarda" sözündən sonra ", bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla," sözləri əlavə edilsin;

6.2. maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

"5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.".

7. 46-cı maddənin 5-ci hissəsinin üçüncü cümləsində "əmək müqaviləsi" sözlərindən sonra "həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq" sözləri əlavə edilsin.

8. 47-ci maddənin:

8.1. "c" bəndindən ", işçinin müxtəlif işləri yerinə yetirmək bacarığını yoxlamaq zəruriyyəti olduğu, işçilərin sosial məsələlərinin həll edilməsi" sözləri çıxarılsın;

8.2. "d" bəndində "çatanadək" sözü "çatdıqda" sözü ilə əvəz edilsin.

9. 50-ci maddənin 5-ci hissəsində "öz mülahizəsinə görə" sözləri "müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin.

10. 52-ci maddənin 4-cü abzası səkkizinci abzas hesab edilsin, üçüncü abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;".

11. 54-cü maddənin 1-ci hissəsinin onuncu abzası on birinci abzas hesab edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

"işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;".

12. 58-ci maddənin:

12.1. 1-ci hissəsinin birinci cümləsində "başqa iş yerində" sözləri "başqa iş yerlərində" sözləri ilə əvəz edilsin, ikinci cümləsində "ikinci" sözü çıxarılsın, "birinci əmək müqaviləsi bağlanan" sözləri "əmək kitabçası saxlanılan" sözləri ilə əvəz edilsin.

12.2. 1-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.";

12.3. 3-cü hissəsinin birinci cümləsində "iş yerində" sözləri "iş yerlərində" sözləri ilə əvəz edilsin.

13. 59-cu maddədə "həmçinin" sözündən sonra "əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya" sözləri əlavə edilsin.

14. 61-ci maddənin 1-ci hissəsində "on beş gündən çox müddətdə" sözləri "iş" sözü ilə əvəz edilsin.

15. 62-ci maddənin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.".

16. 70-ci maddənin:

16.1. "ç" bəndindən sonra aşağıdakı məzmunda "d" bəndi əlavə edilsin:

"d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.";

16.2. "Qeyd" hissəsindən ", habelə müəssisənin direktorlar şurası, elm və təhsil müəssisələrinin elmi şurası, pedaqoji şurası" sözləri çıxarılsın.

17. 77-ci maddədə:

17.1. 9-cu hissədən ", işçilərin sayının və ştatlarının ixtisarı halları" sözləri çıxarılsın, "işçinin" sözündən sonra "müddətli" sözü əlavə edilsin;

17.2. 9-cu hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.".

18. 79-cu maddənin 1-ci hissəsinin:

18.1. ikinci abzasında "qadınların" sözündən sonra ", üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin" sözləri əlavə edilsin;

18.2. yeddinci abzası səkkizinci abzas hesab edilsin və hissəyə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

"öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;".

19. 87-ci maddəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

"7. Əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır.".

20. Məcəlləyə aşağıdakı məzmunda 105-1-ci maddə əlavə edilsin:

"Maddə 105-1. Səsvermə günü

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.".

21. 107-ci maddənin adında və mətnində "istirahət" sözündən sonra "səsvermə," sözü əlavə edilsin.

22. 108-ci maddənin adı və 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 108. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti

1. Bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.".

23. 109-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 109. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi

Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir.".

24. 112-ci maddənin "b" bəndi aşağıdakı redaksiyada verilsin:

"b) sosial məzuniyyət;".

25. 114-cü maddənin 5-ci hissəsi 6-cı hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

"5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.".

26. 129-cu maddənin:

26.1. 1-ci hissəsində "və" sözü "və ya" sözləri ilə əvəz edilsin.

26.2. 2-ci hissəsində "müddəti" sözündən sonra "altı aydan çox olmayaraq" sözləri əlavə edilsin.

27. 130-cu maddədə:

27.1. birinci abzasdan "və işəgötürənin razılığı" sözləri çıxarılsın, "ilə" sözündən sonra "bir iş ilində" sözləri əlavə edilsin;

27.2. "h" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda "x" və "i" bəndləri əlavə edilsin:

"x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək;

i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək.".

28. 131-ci maddənin 1-ci hissəsində "əmək məzuniyyəti hüququ" sözləri "əmək məzuniyyətindən istifadə etmək hüququ" sözləri ilə əvəz edilsin.

29. 133-cü maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

"4. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir.".

30. 137-ci maddənin:

30.1. 1-ci hissəsinin birinci cümləsində "işçinin arzusu" sözlərindən sonra "və işəgötürənin razılığı" sözləri əlavə edilsin;

30.2. 3-cü hissəsində "tərəflərin razılığı ilə ya" sözlərindən sonra "işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və" sözləri əlavə edilsin.

31. 153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Əməyin vaxtamuzd ödənilməsi sistemində işçilərə normalaşdırılmış tapşırıqlar, eləcə də ayrı-ayrı funksiyaların və iş həcmlərinin yerinə yetirilməsi məqsədi ilə xidmət və işçilərin say normaları müəyyən edilə bilər.".

32. 157-ci maddənin 3-cü hissəsindən "ona" sözü çıxarılsın.

33. 159-cu maddənin mətni 1-ci hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:

"2. Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əmək haqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.".

34. 161-ci maddənin 2-ci hissəsində "Digər hallarda peşələr" sözləri "Peşələr" sözü ilə əvəz edilsin.

35. 164-cü maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.".

36. 172-ci maddənin 3-cü hissəsində və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin "Əmək şəraitinin şərtləri" adlı 4-cü paraqrafının 4.5-ci bəndində "istirahət" sözündən sonra ", səsvermə, ümumxalq hüzn günü" sözləri əlavə edilsin.

37. 173-cü maddənin 3-cü hissəsinin ikinci cümləsi çıxarılsın.

38. 174-cü maddənin 3-cü hissəsində "50" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin, "spirtli içkilər," sözlərindən sonra "tütün məmulatları," sözləri, "psixotrop maddələr" sözlərindən sonra isə "və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar" sözləri əlavə edilsin.

39. 209-cu maddənin on ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"təhsil, ixtisasartırma və yenidən hazırlanma müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması və yenidən hazırlanması;".

40. 211-ci maddənin 1-ci hissəsində:

40.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

"işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin;";

40.2. dördüncü və doqquzuncu abzaslar çıxarılsın, beşinci-səkkizinci abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin;

40.3. yeddinci abzasda "işlərin" sözündən sonra "respublika üzrə vahid, əhatəli siyahılarını və onların tətbiqi qaydalarını təsdiq edir." sözləri əlavə edilsin.

41. 217-ci maddənin 2-ci hissəsində "əsasında" sözündən sonra "bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə" sözləri əlavə edilsin, "və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir" sözləri çıxarılsın.

42. 223-cü maddənin:

42.1. 1-ci hissəsində "müəssisələrində" sözündən sonra "işçilərin sayı əlli nəfərdən çox olduqda" sözləri əlavə edilsin;

42.2. 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"İşçilərinin sayı əlli nəfərdən çox olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi, işçilərinin sayı beş yüz nəfərdən artıq olduqda isə müəssisə rəhbərinin (baş mühəndisinin) əməyin mühafizəsi üzrə müavini vəzifəsi təsis edilir.".

42.2. 4-cü hissəsində "xidmətinin" sözündən sonra "rəhbərləri və" sözləri əlavə edilsin.

43. 225-ci maddənin 3-cü hissəsi çıxarılsın.

44. 233-cü maddənin 2-ci hissəsində "iş yerlərində" sözlərindən sonra "və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda" sözləri əlavə edilsin, bu hissədə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavənin 1-ci bəndində "45" rəqəmi "41" rəqəmi ilə, 7-ci bəndində "12" rəqəmi "14" rəqəmi ilə əvəz edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasinin Prezidenti

Bakı şəhəri, 24 fevral 2009-cu il

 

Azərbaycan.-2009.-17 may.-S.2.