"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli qanununun tətbiq edilməsi barədə

 

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2009-cu il 24 fevral tarixli 771-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ- hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2009-cu il

 

Azərbaycan.-2009.-17 may.-S.2.