"Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında
"Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2009-cu il 3 aprel tarixli 783-IIIQD nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay
müddətində:
1.1. "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3 "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikası
Qanununun 20-ci maddəsinin
ikinci hissəsində
nəzərdə tutulmuş
Azərbaycan Respublikasında
əmtəə nişanlarının
geniş tanınması
Qaydalarını təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanunun 28-ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində
nəzərdə tutulmuş
müqavilələrin qeydiyyatı
Qaydalarını təsdiq
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.5. həmin qanunun 28-ci maddəsinin beşinci hissəsinin on üçüncü hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş girov müqaviləsinin qeydiyyatı
Qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.6. həmin
qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanları barədə təkliflərinizi
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.7. "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "Əmtəə nişanları
və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikası
Qanununun 20-ci maddəsinin
ikinci hissəsində,
28-ci maddəsinin beşinci
hissəsinin dördüncü
cümləsində və
on üçüncü
hissəsinin ikinci cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
2.2. həmin
qanunun 10-cu maddəsinin
ikinci hissəsinin dördüncü cümləsində,
14-cü maddəsinin beşinci
hissəsində, 20-ci maddəsinin
birinci hissəsində,
21-ci maddəsinin beşinci
hissəsinin birinci cümləsində, 28-ci maddəsinin
beşinci hissəsinin
birinci cümləsində
və on üçüncü hissəsinin
birinci cümləsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 may 2009-cu il
Azərbaycan.-2009.-17
may.-S.3.