Polis Akademiyasında hərbi-döyüş estafeti keçirilmişdir

 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında əyani fakültənin kursları arasında hərbi-döyüş estafeti keçirilmişdir.

Akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev şəxsi heyəti salamlamış, iştirakçılara uğurlar arzulamışdır.

Sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himni səslənmişdir.

Estafetin qaydalarına əsasən iştirakçılar "Makarov" tapançasının "Kalaşnikov" avtomatının natamam sökülüb-yığılmasını, avtomat darağının doldurulmasını, döyüş sursatı yeşiyinin daşınmasını, müxtəlif vəziyyətlərdən hədəfə pnevmatik tapançadan atəş açılmasını, tank əleyhinə kumulyativ əl qumbarasının hədəfə atılmasını nümayiş etdirmiş nəzəri suallara cavab vermişlər.

Bütün mərhələləri uğurla başa vurmuş 2-ci kursun komandası birinci yerə layiq görülmüşdür. Qalib komandaya mükafatlar verilmişdir.

Tədbirdə iştirak edən Heydər Əliyev adına Hərbi Akademiyanın kursantları və 237 nömrəli məktəbin şagirdləri Polis Akademiyasında fəaliyyət göstərən "Heydər Əliyevin irisinin öyrənilməsi üzrə ideoloji mərkəz"lə tanış olmuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-17 may.-S.4.