Əsl sənət
fədaisi
Onunla bir dəfə görüşüb həmsöhbət
olanlar istər-istəməz
yeni görüşlərə
can atır. Sinəsi hikmət xəzinəsidir. Danışanda
doğma dilimizin gözəlliyinə bir daha valeh olursan.
Zərgər dəqiqliyi
ilə seçib cilaladığı sözləri
mirvari kimi sapa düzür. Onun bəlağətli nitqində adi sözlər belə yeni məna kəsb edir. İti məntiqi, əxlaqi dəyərlərə
verdiyi ölçüsüz
qiymət adamı ovsunlayır. Həmsöhbətinin
ruhuna elə sığal çəkir,
varlığına elə
qeyri-adi rahatlıq gətirir ki, sözünün sehrindən
çıxa bilmirsən.
Sənətinə və şəxsiyyətinə böyük
hörmət və ehtiram bəslədiyim Məcnun Təbriz oğlu Kərim həyatda çox uğurlara imza atıb. Bu günlərdə
aldığım yeni
şad xəbərə
ürəkdən sevindim.
Məcnun müəllim
"Orta əsr Azərbaycan musiqi alətləri" mövzusunda
elmi işi müvəffəqiyyətlə müdafiə edib sənətşünaslıq elmləri
doktoru alimlik dərəcəsi almışdır.
Məcnun müəllim
əsl sənət fədaisidir. Qədim musiqi alətlərimizin bərpası, səsləndirilməsi
və mükəmməl
ifası sahəsində
misilsiz xidmətləri
var. Unudulmuş onlarca musiqi aləti məhz Məcnun müəllimin fədakarlığı sayəsində
onun emalatxanasında bərpa edilmişdir.
Qədim Musiqi Alətləri Dövlət
Ansamblının rəhbəri
Məcnun Kərim Azərbaycanın qədim
və mədəni xalq olduğunu vətənpərvərliklə təbliğ edir. Onun rəhbərlik etdiyi ansambl dünyanın 20-dək ölkəsində geniş
proqramla uğurlu konsert vermişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli musiqimizə verdiyi böyük önəm sənət fədaisi Məcnun Kərimi yeni yaradıcılıq uğurlarına
ruhlandırır. Məcnun müəllimin
yuxusuz gecələrinin,
narahat anlarının
məhsulu olan, nəfis şəkildə
Azərbaycan, rus və ingilis dillərində çap olunmuş "Azərbaycanın
qədim musiqi alətləri" kitabı
torpaqlarımızla bərabər
milli musiqimizi də işğal etməyə can atan ermənilərə tutarlı cavabdır.
Musiqi beşiyi olan Qarabağda Musiqi Akademiyasının professoru Məcnun Kərimin uğurlarına
hamı sevinir.
Həsən Həsənov,
Bərdə rayonu
Azərbaycan.-2009.-17 may.-S.5.