Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də
İsveçrə Konfederasiyasının xarici işlər
üzrə dövlət katibi Mixael Ambülü qəbul
etmişdir.
İsveçrə
Konfederasiyasının xarici işlər üzrə dövlət
katibi Mixael Ambül Azərbaycan ilə İsveçrə
arasında siyasi sahədə dialoqun və məsləhətləşmələrin
aparılmasının əhəmiyyətini vurğulayaraq səfərinin
bu istiqamətdə əməkdaşlığın daha da
genişləndirilməsi işinə yaxşı imkan
yaratdığını qeyd etdi.
Dövlətimizin
başçısı ölkələrimiz arasında ikitərəfli
münasibətlərin sürətlə və uğurla
inkişaf etdiyini bildirdi. İkitərəfli əlaqələrlə
və regional vəziyyətlə bağlı fikir mübadiləsi
aparmağın önəmini qeyd edən Prezident İlham Əliyev
ümidvar olduğunu bildirdi ki, İsveçrə
Konfederasiyasının xarici işlər üzrə dövlət
katibi Mixael Ambülün ölkəmizə bu səfəri
ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi
işinə xidmət edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 19 may.- S. 1.