Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də
İran İslam Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Məmmədbaqir Bəhraminin etimadnaməsini qəbul
etmişdir.
Səfir Prezident
sarayında fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Məmmədbaqir Bəhrami
etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin
başçısı ölkələrimiz arasında əlaqələrin
böyük tarixə malik olduğunu dedi, yüksək səviyyəli
qarşılıqlı səfərlərin bu əlaqələrin
genişlənməsindəki əhəmiyyətini
vurğuladı. Səfirə fəaliyyətində uğurlar
arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi
ki, Məmmədbaqir Bəhraminin ölkəmizdə fəaliyyəti
müddətində Azərbaycan ilə İran arasında
münasibətlər daha da genişlənəcəkdir.
Səfir Məmmədbaqir
Bəhrami İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın
salamlarını dövlətimizin başçısına
çatdırdı. O, ölkələrimiz arasında həm
ikitərəfli, həm də çoxtərəfli sahələrdə
əlaqələrin daha da genişləndirilməsinin
vacibliyini qeyd etdi.
Dövlətimizin
başçısı Prezident Mahmud Əhmədinejadın
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İranın dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 19 may.- S. 1.