Azərbaycan Prezidenti İlham
Əliyev Estoniyanın
sabiq Prezidenti Arnold Rüyteli qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də
Estoniyanın sabiq Prezidenti Arnold Rüyteli qəbul etmişdir.
Estoniyanın sabiq
Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevlə
görüşlərini ehtiramla xatırladı, istər
sovetlər dönəmində, istərsə də müstəqilliyin
ilk illərində xalqlarımızın üzləşdiyi ən
çətin və böhranlı vaxtlarda ulu öndərin dəstəyini
daim yaxından hiss etdiyini vurğuladı.
Dövlətimizin
başçısı Estoniyanın sabiq Prezidenti Arnold
Rüytelin ulu öndərlə həmişə yaxşı
münasibətlərindən xəbərdar olduğunu dedi. Prezident
İlham Əliyev dövlət başçıları
arasında şəxsi münasibətlərin ikitərəfli
əlaqələrin daha da genişlənməsində
mühüm rol oynadığını vurğulayaraq,
hazırda Azərbaycan-Estoniya münasibətlərinin
bütün sahələrdə uğurla inkişaf etdiyini
bildirdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyevin adından Estoniyanın sabiq
Prezidenti Arnold Rüytelin şərəfinə nahar verildi.
AzərTAc
Azərbaycan.- 2009.- 19 may.- S. 2.