Mayın 17-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
"Eurovision-2009" mahnı müsabiqəsində
böyük qələbə qazanmış Aysel Teymurzadəni
və Araşı təbrik etmişdir.
Dövlətimizin
başçısı İlham Əliyev Aysel və Araş
ilə telefonla danışaraq, Azərbaycanı Avropa
miqyasında layiqincə təmsil etmiş bu gənclərin
qazandığı nailiyyəti yüksək
qiymətləndirmiş, onlara yeni yaradıcılıq
uğurları arzulamışdır.
Azərbaycan təmsilçiləri
qitə miqyaslı müsabiqənin final
mərhələsində 25 ölkənin musiqiçiləri
arasında üçüncü yeri tutmuşlar.
AzərTAc
Azərbaycan.-
2009.- 19 may.- S. 2.