Adı ürəklərdə yaşayır

 

Bu il xeyirxah əməlləri, nurlu siması, saf əqidəsilə yaddaşlarda qalmış görkəmli səhiyyə təşkilatçısı, tibb elmləri doktoru Əzəm Təyyar oğlu Ağayevin anadan olmasının 65 ili tamam olur.

Əzəm Təyyar oğlu Ağayev 1944-cü il iyul ayının 15- Yardımlı rayonunun Perimbel kəndində anadan olmuşdur. Perimbel kəndi min bir dərdin dərmanı olan bulaqları, füsunkar təbiəti, zəngin flora faunası ilə insanı özünə cəlb edən yurd yerlərimizdəndir. Lakin sərhəd zonasında yerləşən bu kənd vaxtilə siyasət maşınının təqibindən qaça bilməyib 1953-cü ildə Salyan rayonunun Qızılağac kəndinə köçürülmüşdür. Bir il Perimbel kəndində orta məktəbdə təhsil almış Əzəmin taleyinə köçkünlük qisməti yazılmlşdır.

Taleyin bu yazısı ilə razılaşan atası Təyyar kişi onu 1953-cü ildə Qızılağac kənd yeddiillik məktəbinin ikinci sinfinə qoyur. Elə ilk günlərdən bu utancaq oğlanın istedadı müəllimlərin nəzərindən qaçmamış, ona xüsusi diqqət yetirmiş, qayğısına galmışlar. Təbiətində xeyirxahlıq olan balaca Əzəm özündən yaşca böyük olan yuxarı sinif şaqirdlərinə kömək edərdi. Qızılağac yeddiillik məktəbini əla qiymətlərlə başa vuran Ə.Ağayev 1959-1962-ci illərdə təhsilini Salyan şəhərindəki 2 saylı orta məktəbdə davam etdirmişdir.

Salyanda da Əzəm Ağayevin istedadı dillər əzbəri olmuşdur. Bu məktəbi əla qiymətlərlə başa vurub, 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

İstedadı elə birinci kursda oxuyarkən müəllimlərin diqqətini cəlb etmişdir. Tələbəyə diqqətin ən layiqlisi dünya şöhrətli anatom, əməkdar elm xadimi, professor K.Ə.Balakişiyev tərəfindən göstərilən qayğı idi. Onun riyazi savadı institutun fizika, kimya kafedralarının professor-müəllim heyətinin diqqətindən yayınmırdı. Hətta üçün riyaziyyatçı olmadığını təəssüf hissi ilə bildirən müəllimlər var idi. Bəlkə bu, bir tale yazısı idi, riyaziyyatı bu səviyyədə bilməsi, sosial gigiyena səhiyyənin təşkili kimi riyazi hesablamalarla dolu olan fənnin mənimsənilməsində ona digərlərindən fərqlənmək üstünlüyü verirdi.

Ə.Ağayevin tələbəlik illəri çox gərgin olmuşdur. İnstitut rəhbərliyi, fakültə dekanı bu istedadlı oğlanı ictimai işlərə cəlb etmişdi. Birinci kursda oxuyarkən qrupun komsomol təşkilatçısı, tələbə təşkilatı sədri, sonralar isə fakültə komsomol təşkilatının katibi institut komsomol komitəsinin büro üzvü olmuşdur. İstedadını nəzərə alaraq rəhbərlik onu institut tələbə elmi cəmiyyətinin sədri təyin etmişdi. O, burada da istedadlı tələbələrin üzə çıxmasında çox böyük əmək sərf etmişdi. Hələ tələbə ikən şəxsi işinə yazılmaqla ona dəfələrlə təşəkkür elan edilmişdir.

Ə.Ağayev 1969-cu ildə müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib elmi şuranın qərarı ilə "Sosial gigiyena səhiyyənin təşkili" kafedrasında baş laborant vəzifəsində saxlanılır. Professor İ.İ.Fel çətinliklə olsa da, elə həmin ilin dekabr ayında onu aspiranturaya qəbul etdirir. Əzəm müəllim professor İ.İ.Felin ona etdiyi yaxşılıqları həmişə xatırlayardı. Tələbəlik illərinin davamı olan aspiranturada da o yorulmaq bilmədən çalışır, istədiyinə nail olmaq üçün ozünü çıraq kimi yandırırdı. Ona "Azərbaycan SSR- əsas sənaye şəhərlərinin ayrı-ayrı müəssisələri üzrə ürək-damar xəstəliklərindən əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmənin müqayisəli xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiya işi verilmişdi. O bu mövzunu 1973-cü ildə müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi olmuşdu.

1972-ci ildə artıq onu kafedraya assistent vəzifəsinə seçmişdilər. Kafedrada assistent işlədiyi müddətdə bir çox işləri öz üzərinə götürmüşdü, istər tədris-metodik işləmələrin, metodik tövsiyələrin, təqvim planlarının, istərsə kafedrada hazırlanan dərs vəsaitlərinin buraxılmasında xüsusi zəhməti olmuşdur. Ə.Ağayev Azərbaycan dilini mükəmməl bildiyi üçün kafedradan çıxan bütün elmi əsərlər onun korreksiyasından keçirilərdi. Gördüyü işlər kafedra müdirinin, dosentlərin, müəllimlərin nəzərindən qaçmırdı, hamı ona hörmətlə yanaşırdı. Şöhrətpərəstlikdən uzaq bir insan idi. Onu bilik bacarığı, fitri istedadı, güclü erudisiyası, özünəməxsus deyim tərzi, elmin yollarında inamla addımlaması bu səviyyəyə gətirib çıxarmışdı. Məhz bunların nəticəsi idi ki, onu az bir müddətdə, 1976- ildə kafedraya baş müəllim təyin edirlər. Ə.Ağayev sadəliyi, əməksevərliyi, işgüzarlığı ilə nəinki kafedra əməkdaşlarının, eləcə bütün institut kollektivinin dərin hörmətini qazanır. 1975-ci ildə sanitariya-gigiyena fakültəsinə dekan müavini təyin olunur.

Artıq o, dərin təfəkkür tərzinə, duyum qabiliyyətinə malik, intellektual səviyyəsi ilə seçilən bir təşkilatçıya çevrilmişdi. Bütün bunları nəzərə alan rəhbərlik 1982-ci ildə onu fakültəyə dekan vəzifəsinə irəli çəkir. O bu vəzifədə öz qabiliyyətinin işıqlanmamış tərəflərini üzə çıxarır.

Haqqı həmişə bayraq edənlərdən olduğu üçün institut rəhbərliyi onu bir neçə il qəbul komissiyasının məsul katibi etmişdi. Elə bu qabiliyyətinin, səviyyəsinin vəzifəsindən yüksəkdə durduğunu görən insitut rəhbərliyi onu 1985-ci ildə tədris işləri üzrə prorektor vəzifəsinə irəli çəkir o, 1993-cü ildə öz xahişi ilə azad edilənə qədər bu vəzifədə çalışır. Ə.Ağayev prorektor işlədiyi müddətdə tədris prosesində bir çox məsələlər həm elmi, həm praktik cəhətdən əsaslandırılıb öz həllini tapmışdı.

İnsanın ən böyük məsləki tərbiyədir, ən ali hökmranlıq isə ağlın hökmranlığıdır; o tərbiyəsindən, ağlının hökmranlığından kənara çıxdı, çünki kökünə bağlı bir insan idi. Maddi nemətləri qazanmaq mənəvi dəyərləri qazanmaqdan asan olduğu üçün çoxu maddi nemətlər qazanmaq dalınca qaçır. Mənəvi dəyərləri Allah onlara yaxın olanlara verir. Əzəm müəllimin şəcərəsində Allaha, peyğəmbərimizə yaxınlıq olduğu üçün ona da bu qismətdən pay düşmüşdü.

Bu illər ərzində o, respublikada da çox böyük hörmət qazanmış, nüfuz sahibi sayılan ziyalılarımızdan olmuşdur. İşlədiyi müddətdə onun əməyi yetərincə qiymətləndirilmişdi. 1984-cü ildə "SSRİ səhiyyə əlaçısı" döş nişanı, SSRİ Azərbaycan SSR-in səhiyyə nazirliklərinin fəxri fərmanları ilə təltif olunmuşdur. Ə.Ağayev 1989-cu ildə müsabiqə yolu ilə Sosial gigiyena səhiyyənin təşkili kafedrasının müdiri vəzifəsinə seçilmiş ömrünün axırına kimi bu vəzifədə çalışmışdır.

Kafedra müdiri işlədiyi müddət ərzində tədris prosesinin təkmilləşdirilməsinə, kafedranın tərtibatına, müasir tibb təhsilindəki yeniliklərin tətbiqinə, kadr hazırlığına xüsusi diqqət yetirirdi. Kafedrada hamı bir-birinə hörmətlə, ehtiramla yanaşırdı.

Onun yazdığı 60-dan artıq elmi əsər respublikamızda bu sahənin inkişafında mühüm yerlərdən birini tutmuşdur. Ə. Ağayev 1993-cü ildə Moskvada "Azərbaycan kəndlərinin müalicə-profilaktika müəssisələri şəbəkələrində ərazilər üzrə yerləşdirilməsinin perspektiv inkişafının tibbi-sosial əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş bu 1994-cü ilin fevral ayında Azərbaycan Ali Attestasiya Komissiyasında nostrifikasiyadan keçərək təsdiqlənmişdir. Əzəm müəllim elmin yollarında bu cür addımlayırdı, elm onun idrakında olan xəzinə idi, zəkası zülmət gecələri işıqlandıran, kor qaranlıqlara nur saçan məşəl idi.

Ə.Ağayev istər gənclərə, istərsə yaşlı nəslə örnək olan şərəfli əmək, vicdan qarşısında hesabat verilə bilən ləyaqətli ömür yolu keçmişdir.

Onu tanıyanlar, tələbələri indi ləyaqətli insan, mahir müəllim, sədaqətli dost olduğundan danışırlar. Milli kadrlarımızın hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Ə.Ağayev Tibb Universitetinin ümumilikdə respublikamızın ictimai həyatında yaxından iştirak edən görkəmli ziyalı səhiyyə təşkilatçısı idi. O, həm əxlaqi, həm mənəvi dəyərlərə malik insan idi. Çox təəssüf ki, zehni fəaliyyətinin çiçəkləndiyi, zəkasının parladığı bir vaxtda amansız ölüm onu aramızdan apardı. O, 1994-cü ilin iyul ayının 11- dünyasını dəyışmışdir.

Elmindən tələbələrinə pay vermiş, övladları üçün yaxşı ad goymuş, varlığında Tanrıya səcdə qılmış görkəmli alim, səhiyyə təşkilatçısı, ürəklərimizdə daima yeri olan Əzəm müəllimin adı onu tanıyanların qəlbində daim yaşayacaqdır.

 

 

İ.Ağayev,

ATU-nun Epidemiologiya kafedrasının müdiri,

əməkdar elm xadimi,

tibb elmləri doktoru, professor

 

Azərbaycan.-2009.-17 may.-S.7.