Azərbaycan ilə Böyük
Britaniya arasında əlaqələrin inkişaf
perspektivləri müzakirə
olunmuşdur
Azərbaycanın xarici
işlər nazirinin müavini Xələf Xələfov
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Xarici və Birlik Ofisinin Siyasi İdarəsinin
Rusiya, Cənubi Qafqaz və Orta Asiya Departamentinin direktoru Maykl
Davenport ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən
bildirmişlər ki, görüşdə Azərbaycan-Britaniya
əlaqələrinə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə və onun həlli
yollarına, regionda vəziyyət və
qarşılıqlı maraq doğuran digər məsələlərə
dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 19 may.- S. 5.