Rəssamın yubiley sərgisi
keçirilmişdir
Muzey Mərkəzinin sərgi
qalereyasında qrafika sənətinin tanınmış
nümayəndələrindən Mais Əliyevin anadan
olmasının 60 illik yubileyinə həsr olunmuş fərdi
yaradıcılıq sərgisi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Rəssamlar
İttifaqının katibi, xalq rəssamı Ağəli
İbrahimov və başqaları M.Əliyevin
yaradıcılığından və əsərlərinin
özünəməxsus xüsusiyyətlərindən
danışmışlar.
Tədbirdə vurğulanmışdır
ki, M.Əliyev 1968-ci ildə Ə.Əzimzadə adına
Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra
təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunda, Ukraynanın Lvov şəhərindəki
İ.Fyodorov adına Poliqrafiya İnstitutunun dəzgah və
kitab qrafikası fakültəsində davam etdirmişdir.
Rəssamın ilk fərdi
sərgisi 2000-ci ildə ABŞ-ın Arizona ştatında
keçirilmiş, ikinci fərdi sərgisi isə 2004-cü
ildə "Abşeron" rəsm qalereyasında
açılmışdır. Fırça ustasının əsərləri
xarici ölkələrdəki şəxsi kolleksiyalarda və
muzeylərdə saxlanılır.
Sərgidə
tamaşaçılara 74 qrafika əsəri təqdim
olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 19 may.- S. 6.