Zərdabda Sovet İttifaqı
Qəhrəmanı Məlik
Məhərrəmovun büstü
qoyulmuşdur
Zərdab şəhərinin
"Qələbə" meydanında rayonun
Bıçaqçı kəndində doğulmuş Sovet
İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun
büstünün təntənəli açılış mərasimi
olmuşdur.
Mərasimdə
respublikamızın tanınmış elm xadimləri - Milli Məclisin
(MM) İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə,
akademik Böyükkişi Ağayev, MM-in deputatı, professor
Jalə Əliyeva və rayon ictimaiyyətinin çoxsaylı
nümayəndələri iştirak etmişlər.
İştirakçılar
əvvəlcə İkinci Dünya müharibəsində həlak
olan zərdablıların xatirəsinə
ucaldılmış abidə kompleksinin önünə gül
dəstələri qoymuşlar. Alman faşist ordularına
qarşı döyüşlərdə 3500 nəfər zərdablı
iştirak etmiş, onlardan 1457 nəfəri həlak
olmuşdur.
"Cəsurlar" hərbi
idman oyunları üzrə respublka yarışlarının
qalibi olmuş Zərdab rayonunun Gəlmə kənd orta məktəbinin
komandası hərbi marşla veteranların önündən
keçmişlər.
Mərasimi açan Zərdab
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli
Babayev son illər ölkəmizdə veteranlara göstərilən
diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin
siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin
bu sahədə ardıcıl və məqsədyönlü fəaliyyətindən
danışmışdır.
Tədbirdə Müdafiə
Nazirliyinin şöbə rəisi, Məlik Məhərrəmova
həsr olunmuş "Sonuncu mogikanın xatirələri"
kitabının müəllifi, polkovnik Abdulla Qurbani,
"Şöhrət" ordeninin hər 3 dərəcəsi
ilə təltif olunmuş Muradalı Heydərov, Respublika Veteranlar
Şurası rəyasət heyətinin üzvü Əmirəli
Əmirəliyev və başqaları çıxış edərək
Məlik Məhərrəmovla bağlı xatirələrindən,
onun keçdiyi şərəfli döyüş yolundan
danışmışlar.
Akademik Milli Dram
Teatrının aktyorları, xalq artistləri Laləzər
Mustafayeva və İlham Əsgərov qəhrəman
döyüsçüyə həsr olunmuş şeirləri
səsləndirmişlər.
Sovet İttifaqı Qəhrəmanı
Məlik Məhərrəmovun qızı Leyla Bayramova
atasının xatirəsinin əbədiləşdirilməsinə
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısı, Ali Baş Komandan
İlham Əliyevə ailələri adından minnətdarlığını
bildirmişdir.
Sonra abidənin üzərindəki
ağ örtük götürülmüş, önünə
çiçəklər düzülmüşdür.
AzərTAc
Azərbaycan.- 2009.- 19 may.- S.7.