Qərb Universiteti tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilmişdir

 

Mayın 18-də Qərb Universiteti tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilmişdir.

Konfransda təşkilati məsələyə baxılmışdır. Üzvlərin daha çox səsini toplamış Tale Zeynalov təşkilatın yeni sədri seçilmişdir. Sonra idarə heyətinin, hesablama və nəzarət-təftiş komissiyalarının üzvləri, Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransına nümayəndələr seçilmişdir.

Universitetin tələbə gənclər təşkilatının sədri Günel Abdullayeva hesabat məruzəsində həyata keçirilən tədbirləri, tələbələrin müxtəlif sahələrdə qazandıqları uğurları diqqətə çatdırmışdır.

Tələbə gənclər təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunmuşdur.

Çıxış edənlər tələbə gənclər təşkilatının işini yüksək qiymətləndirmiş, ölkədə gənclərə və təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışlar.

Vurğulanmışdır ki, cari ilin iyununda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı yaradılacaqdır. Yeni ittifaqın yaradılması hər bir tələbənin üzərinə böyük məsuliyyət qoyur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 may.- S. 7.