Fransa, Mərkəzi Şərqi Avropa memarlıq məktəblərinin 14-cü Bakı toplantısı öz işinə başladı

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Neft Şirkətinin, Azərbaycan Memarlar İttifaqı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə REA-nın - Fransa, Mərkəzi və Şərqi Avropa memarlıq məktəblərinin "Dəniz və çay sahillərinin müasir urbanizmi" mövzusuna həsr olunmuş 14-cü toplantısı öz işinə başlamışdır. Toplantıda Fransanın Luon Milli Ali Memarlıq məktəbinin, Rumıniyanın "İon Minci" adına Buxarest Memarlıq və Urbanizm Universitetinin, Ukraynanın Odessa Memarlıq və İnşaat Akademiyasının, ümumiyyətlə, 7 ölkənin 18 memarlıq məktəbinin nümayəndələri iştirak edirlər.

Mərasimdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə əklillər və tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Az MİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova toplantını açmış və onun əhəmiyyətindən danışmışdır. Fransanın ölkəmizdəki səfiri Qabriel Killeri, Az MİU-nun professorları Nəriman Əliyev və Fikrət Hüseynov, Budapeşt Texniki Universitetinin professoruYuliana Szabo və başqaları çıxış etmişlər. Toplantı 3 - beynəlxalq konkurs, beynəlxalq elmi konfrans və Bakıda təşkil olunacaq tələbələrin beynəlxalq workshopu istiqamətində öz işini davam etdirəcəkdir.

İştirakçı ölkələrin nümayəndələrindən ibarət olan münsiflər heyəti REA-nın 14-cü toplantısının beynəlxalq müsabiqəsi qalibləri və Bakıda təşkil olunacaq tələbələrin beynəlxalq workshopu üçün təltiflər də nəzərdə tutmuşdur.

Fransanın ölkəmizdəki səfiri Qabriel Killeri, AzMİU-nun professorları Nəriman Əliyev və Fikrət Hüseynov, Budapeşt Texniki Universitetinin professoru Yuliana Szabo və başqaları çıxış edərək öz fikirlərini bildirmişlər. Tədbir mayın 22-dək davam edəcəkdir.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.- 19 may.- S. 7.