Prezident İlham
Əliyev Aeroport kəsişməsində yol
qovşağının, Heydər
Əliyev adına Beynəlxalq hava limanı - Bilgəh qəsəbəsi avtomobil
yolunun və piyada keçidlərinin tikintisi ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev mayın 19-da Aeroport kəsişməsində yol
qovşağının, Heydər
Əliyev adına
Beynəlxalq hava limanı - Bilgəh qəsəbəsi avtomobil
yolunun və piyada keçidlərinin tikintisi ilə
Prezident İlham
Əliyevin Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə
bağlı sərəncam
və göstərişlərinə
uyğun olaraq Aeroport kəsişməsində
yeni yol qovşağının, Heydər
Əliyev adına Beynəlxalq hava limanı - Bilgəh qəsəbəsi avtomobil
yolunun və bu ərazidə olan piyada keçidlərinin
tikintisinə başlanılmışdır.
Dövlətimizin başçısı
tikinti işlərinin
gedişi ilə yaxından tanış olmaq üçün buraya gəldi.
Nəqliyyat Nazirliyinin
"Azəryolservis" Açıq
Səhmdar Cəmiyyətinin
sifarişi ilə inşa olunan yolun baş podratçısı "AZVİRT" Məhdud Məsuliyyətli
Cəmiyyətidir.
Prezidentə yolun texniki göstəriciləri
ilə bağlı məlumat verildi. Bildirildi ki, yolun ümumi uzunluğu 19 kilometrə bərabərdir. Əsas yolda 6, köməkçi
yolda isə 2 hərəkət zolağı
vardır. Hərəkət
zolaqlarının eni
3,75 metrdir. Asfalt-beton örtüklü yolun ümumi sahəsi 822 min kvadratmetr, asfalt-beton örtüyünün
qalınlığı isə
270 millimetrə bərabər
olacaqdır. Qeyd olundu ki, yolda
hərəkətin tənzimlənməsi
üçün Aeroport
kəsişməsində müxtəlif
səviyyəli yolötürücü
qovşağın və
5 yerüstü piyada keçidinin tikilməsi nəzərdə tutulur. Aeroport kəsişməsindəki
körpü 8 hərəkət
zolaqlı olmaqla uzunluğu 127 metr, sahəsi isə 5080 kvadratmetrdir. Burada drenaj sisteminin və ehtiyat boru keçidlərinin inşası da nəzərdə tutulmuşdur.
Tikintinin 20 ay ərzində başa çatdırılacağı bildirildi.
İnşaat işlərinin
gedişi ilə yaxından maraqlanan Prezident İlham Əliyev tikintinin vaxtında və yüksək keyfiyyətlə
icra olunması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Sonra dövlətimizin
başçısı əvvəllər
"Binə" və
"Sədərək" ticarət mərkəzlərinin
yerləşdiyi əraziyə
gəldi. Prezident İlham Əliyev burada aparılan abadlıq və quruculuq işləri ilə də tanış oldu, ərazinin yenidən qurulmasının yüksək
səviyyədə həyata
keçirilməsi ilə
əlaqədar müvafiq
tapşırıqlarını verdi.
AzərTAc
Azərbaycan.-2009.-20 may.-S.1.