Litva Respublikasının
yeni seçilmiş Prezidenti zati-aliləri xanım Dalya Qribauskayteyə
Hörmətli xanım Qribauskayte!
Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Litva arasında münasibətlərə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, dost Litva xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 19 may 2009-cu il
Azərbaycan.-2009.-20 may.-S.2.