Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinin
yaradıması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında
dövlət əmlakının
özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatı sahələrində
dövlət idarəetməsinin
təkmilləşdirilməsi və səmərəliliyinin
artırılması məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Dövlət Əmlakının
İdarə Edilməsi
üzrə Dövlət
Komitəsi ləğv
edilsin və onun əsasında Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
yaradılsın.
2. Azərbaycan Respublikasının
Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidməti ləğv edilsin və onun əsasında Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
yanında Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti yaradılsın.
3. Azərbaycan
Respublikasının Əmlak
Məsələləri Dövlət
Komitəsinə tapşırılsın
ki, bir ay müddətində Dövlət
Komitəsinin və Azərbaycan Respublikasının
Əmlak Məsələləri
Dövlət Komitəsi
yanında Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidmətinin əsasnamələri və
strukturu barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2009-cu il
Azərbaycan.-2009.-20 may.-S.2.