Azərbaycan Respublikası Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında

 

         Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsi tərkibindəki Dilənçilər kəndi Çəmənli kəndi adlandırılsın.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2009-cu il

 

Azərbaycan.-2009.-20 may.-S.2.