"Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 3 aprel tarixli
782-IIIQD nömrəli qanununun tətbiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
"Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2009-cu il 3 aprel tarixli 782-IIIQD nömrəli qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2009-cu il
3 aprel tarixli 782-IIIQD nömrəli qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində həmin qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. "Azərbaycan
Respublikasının Mülki Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,
¹ 8, III kitab, maddə 609; 2001-ci il, ¹ 10, maddə 640;
2003-cü il, ¹ 8, maddə 435, ¹ 10, maddə 552;
2004-cü il, ¹ 6, maddə 435; 2005-ci il, ¹ 2, maddə 64,
¹ 5, maddə 403; 2006-cı il, ¹ 7, maddə 590, ¹ 12,
maddə 1034; 2007-ci il, ¹ 3, maddə 228, ¹ 6, maddə
606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008-ci il, ¹
6, maddə 493; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5
mart tarixli 71 nömrəli fərmanı) 3-cü bəndinə
aşağıdakı məzmunda sonuncu on
üçüncü abzas əlavə edilsin:
"həmin
Məcəllənin 1119.2-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Vergilər Nazirliyi həyata
keçirir.".
3. Bu fərman dərc edildiyi
gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 may 2009-cu il
Azərbaycan.-2009.-20 may.-S.2.