"Azərbaycan Respublikası Goranboy rayonunun və Naftalan şəhərinin inzibati
ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı
"Azərbaycan
Respublikasının Goranboy
rayonunun və Naftalan şəhərinin
inzibati ərazi bölgüsündə qismən
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikasının
Goranboy rayonunun və Naftalan şəhərinin inzibati
ərazi bölgüsündə
qismən dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan
Respublikasının Goranboy
rayonunun və Naftalan şəhərinin
inzibati ərazi bölgüsündə qismən
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Bu sərəncam
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 may 2009-cu il
Azərbaycan.-2009.-20 may.-S.2.