Azərbaycan
Respublikası Salyan rayonunun
Şatrovka kəndinin adının
dəyişdirilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası
Salyan rayonunun Qaraçala qəsəbə
inzibati ərazi dairəsi tərkibindəki
Şatrovka kəndi Çadırlı kəndi
adlandırılsın.
II. Bu qanun
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 may 2009-cu il
Azərbaycan.-2009.-20 may.-S.2.