"Azərbaycan
Respublikası Salyan rayonunun
Şatrovka kəndinin adının
dəyişdirilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında"
Azərbaycan Respublikası
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bir ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"Azərbaycan Respublikası
Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz səlahiyyətləri
daxilində "Azərbaycan
Respublikası Salyan rayonunun Şatrovka kəndinin adının dəyişdirilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Bu sərəncam
dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 may 2009-cu il
Azərbaycan.-2009.-20 may.-S.2.