Yeni Azərbaycan
Partiyasında ATƏT-in
Bakı ofisinin yeni rəhbəri ilə fikir mübadiləsi aparılmışdır
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirmişlər ki, mayın 18-də YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Əli Bilge Cankorel ilə görüşmüşdür.
Əli Bilge Cankorel ATƏT-in Bakı ofisi ilə
YAP sədrinin müavini Əli Əhmədov Azərbaycanın demokratik inkişaf yolunda apardığı islahatların səmərəli nəticələr verməsi ilə bağlı qonağın sözləri ilə həmfikir olduğunu bildirmişdir.
Əli Əhmədov ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq prosesi, YAP-ın beynəlxalq əlaqələri və digər məsələlər haqda qonağa ətraflı məlumat vermişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov görüşdə iştirak etmişdir.
AzərTAc
Azərbaycan.-2009.-20 may.-S.3.