Milli Məclisdə görüş
Mayın 19-da Milli Məclisin Azərbaycan-Macarıstan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun üzvləri ilə ölkəmizdə səfərdə
olan Macarıstan Parlamentinin Avropa İşləri üzrə
Komitəsinin sədri
Matyas Eörşinin rəhbərlik etdiyi nümayəndə heyəti
arasında görüş
keçirildi.
Qonaqları səmimi salamlayan Azərbaycan-Macarıstan parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun sədri Xanhüseyn Kazımlı Azərbaycanla
Macarıstan arasındakı
dostluq əlaqələrinin
qədim tarixindən danışaraq ölkəmizin
müstəqillik qazandıqdan
sonra münasibətlərimizin
daha da genişləndiyini
bildirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ilin fevralında Macarıstana dövlət səfərini
xatırladan Xanhüseyn
Kazımlı dedi ki, bu səfər
ölkələrimiz arasında
əlaqələrin inkişafında
yeni səhifə açmışdır.
Azərbaycanın sosial-iqtisadi
inkişafından söz
açan işçi
qrupun sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
də qonaqlara ətraflı məlumat verdi.
Xanhüseyn Kazımlı Matyas Eörşinin Avropa Şurası Parlament Assambleyasının
Baş katibi postuna namizədliyini irəli sürməsini yüksək qiymətləndirərək
onun seçiləcəyi
təqdirdə bu beynəlxalq təşkilatda
Azərbaycanın haqlı
mövqeyinin müdafiə
ediləcəyinə ümidvar
olduğunu bildirdi.
Azərbaycana dost kimi gəldiyini vurğulayan Matyas Eörşi dedi ki, Avropa İttifaqının
"Şərq Tərəfdaşlığı
Proqramı" çərçivəsində
reallaşan səfərinin
məqsədi Azərbaycanın
mövqeyini daha yaxından öyrənmək,
məsələhətləşmələr
aparmaqdır. O bildirdi ki, Azərbaycanın sürətli inkişafı,
həyata keçirilən
hüquqi, demokratik islahatların uğurlu nəticələri bu ölkənin parlaq gələcəyindən xəbər
verir. "Biz Azərbaycana böyük ümidlə baxırıq.
İnanırıq ki,
Azərbaycan yaxın gələcəkdə Avropa
ailəsinin tamhüquqlu
üzvü olacaqdır".
Qonaq onu da bildirdi ki,
AŞPA-nın Baş
katibi seçilibseçilməyəcəyindən
asılı olmayaraq Azərbaycanın haqlı
mövqeyini həmişə
müdafiə edəcəkdir.
Görüşdə "Şərq
Tərəfdaşlığı Proqramı"nın əhəmiyyəti, Dağlıq
Qarabağ münaqişəsinin
həlli yolları, Azərbaycan-Macarıstan əlaqələrinin, parlamentlərarası
münasibətlərin inkişaf
perspektivləri və
digər məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2009.-20 may.-S.3.