Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilmişdir.

Universitetin rektoru, professor Havar Məmmədov gənclərin ölkənin ictimai-siyasi, iqtisadi mədəni həyatında fəal iştirakı, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Təhsil nazirinin müavini Elmar Qasımov, gənclər idman nazirinin müavini İntiqam Babayev tələbə özünüidarə orqanının fəaliyyətinin əhəmiyyətini vurğulamış, ölkəmizdə gənclərə təhsilə göstərilən dövlət qayğısından danışmışlar.

Bildirilmişdir ki, Tələbə Gənclər Təşkilatı onları maraqlandıran məsələləri təhsil ocağının rəhbərliyi qarşısında qaldırmağı, eyni zamanda, onların həyata keçirilməsində yaxından iştirak etməyi bacarmalıdır. Tələbələr gənclər təşkilatının fəaliyyətinə qoşulmaqla həyatlarını daha maraqlı zəngin edəcək, dünyagörüşlərini artıracaqlar.

Universitetin Tələbə Gənclər Təşkilatının sədri Xaqani Fərəcov görülən işlər haqqında məruzə ilə çıxış etmişdir. Tələbə Gənclər Təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunmuşdur.

Daha sonra seçkilər keçirilmişdir. Daha çox səs toplamış Kamil Əliyev təşkilatın yeni sədri 17 nəfərdən ibarət idarə heyəti seçilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransında AzTU-nu təmsil edəcək 14 nəfərdən ibarət nümayəndə heyətinin adı da məlum olmuşdur.

 

* * *

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) hesabat-seçki konfransı keçirilmişdir.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov ümummilli lider, müstəqil dövlətimizin banisi qurucusu Heydər Əliyevin gənclərin inkişafına, təhsilinə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Universitetdə qazanılan uğurları xatırladan rektor burada Tələbə Gənclər Təşkilatının səmərəli tədbirlər həyata keçirdiyini qeyd etmiş, uğurlar arzulamışdır.

Təhsil nazirinin müavini Elmar Qasımov, gənclər idman nazirinin müavini İntiqam Babayev gənclərə göstərilən dövlət qayğısından danışmışlar. Natiqlər ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətini diqqətə çatdırmışlar.

ADPU TGT-nin sədri Ramin Alıyev məruzəsində hesabat müddətində təşkilatın gördüyü işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, təşkilat ayrı-ayrı qurumlarla birgə gənclər üçün əhəmiyyətli ictimai-siyasi tədbirlərdə fəal iştirak etmiş, ümumilikdə müxtəlif mövzularda 30-dan çox "dəyirmi masa"lar, görüşlər, müsabiqələr s. keçirmişdir.

TGT-nin fəaliyyətindən bəhs edən videofilm nümayiş etdirilmişdir.

Sonra ADPU TGT idarəetmə şurasının, nəzarət-təftiş komissiyasının üzvləri Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının təsis konfransına nümayəndələr seçilmişdir.

Coğrafiya gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin II kurs tələbəsi Kamal Zeynallı TGT-nin sədri seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 may.-S.3.