Ağdamda Beynəlxalq
Muzeylər gününə
həsr olunmuş tədbir keçirilmişdir
Ağdam rayonunun Qaradağlı kəndindəki Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə muzeyin direktoru Ələkbər Əliyev ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışmış, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, 1962-ci ildən fəaliyyət göstərən və 3 mindən artıq eksponatı olan Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilmişdir. Muzey 2001-ci ildə Qaradağlı kəndində yenidən yaradılmış və rayon sakinlərinin köməyi ilə müxtəlif dövrlərə aid 700-ə yaxın eksponat toplanmışdır.
Mərasimdə məktəblilərin ifasında şeirlər və mahnılar səslənmişdir.
Azərbaycan.-2009.-20 may.-S.3.