Azərbaycan və Gürcüstan
prezidentlərinin geniş
tərkibdə görüşü
Sənədlərin imzalanması mərasimi
Mayın 20-də
geniş tərkibdə görüş başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı
ilə Azərbaycan-Gürcüstan sənədlərinin
imzalanması mərasimi olmuşdur.
"Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan
Respublikası Hökuməti arasında hava əlaqəsi
haqqında Saziş"ə dəyişikliklər edilməsi
haqqında Protokol"u Azərbaycan tərəfdən "Azərbaycan
Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti Cahangir Əsgərov, Gürcüstan tərəfdən
iqtisadi inkişaf naziri Laşa Jvaniya imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında azad ticarət haqqında 1996-cı il tarixli
Saziş"ə dəyişiklik edilməsinə dair
Protokol"u Azərbaycan tərəfdən iqtisadi inkişaf
naziri Şahin Mustafayev, Gürcüstan tərəfdən
iqtisadi inkişaf naziri Laşa Jvaniya imzaladılar.
"Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında əqli mülkiyyətin mühafizəsi sahəsində
əməkdaşlığa dair Saziş"i Azərbaycan tərəfdən
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin sədri Ramiz Həsənov, Gürcüstan tərəfdən
iqtisadi inkişaf naziri Laşa Jvaniya imzaladılar.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 1.