Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iştirak edirlər

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına əlavə olaraq mayın 18-dən 20-dək İtaliyanın Roma şəhərində Hərbi Akademiya rəisləri üçün 38-ci konfrans, mayın 18-dən 22-dək Ukraynanın Kiyev şəhərində "Müdafiə İnstitutlarında dürüstlüyün yaradılması korrupsiya risklərinin azaldılması" mövzusunda kurs keçirilir. Mayın 20-dən 23-dək isə Simferopol Sevastopol şəhərlərində (Ukrayna) hərbi obyektlərlə tanışlıq təşkil olunacaqdır.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

 

 

Azərbaycan.-2009.-20 may.-S.3.