Ədalət həmişə zəfər çalmalıdır

 

"Cəmiyyət iki şeydən sarsıla bılər - günahkar cəzasız qalanda günahsıza cəza veriləndə". Bu, müəllifliyi ulu öndər Heydər Əliyevə aid olan tarixin, eləcə bu tarixi yaşadan insanların yaddaşına mismar kimi kilidlənmiş ifadələrdən yalnız biridir.

Sərlövhəyə uyğunlaşdırdığımız kəlam isə Azərbaycanın dahi şair mütəfəkkiri Nizamiyə məxsusdur:

 

Qoy ədalət zəfər çalsın,

Zülm məhv olub alçalsın.

Şərəflənsin qoy səxavət,

Mərdlərə halaldır şöhrət.

 

düz 28 il əvvəl Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyevin dövrünün nüfuzlu mətbu nəşrlərindən sayılan "Literaturnaya qazeta"ya verdiyi geniş müsahibə həmin başlıqla dərc olunmuşdu: "Qoy ədalət zəfər çalsın!" Sovet İttifaqı adlı dünyanın beşdən birinə meydan oxuyan hər cür demokratik düşüncəni qətiyyətlə rədd edən kommunist ideologiyasının hökmfərma olduğu bir cəmiyyətdə belə bir məqalənin işıq üzü görməsi tarixin öz gərdişi ilə bağlı olmasa da, qəzetin müsahibinin hadisə proseslərə baxışında, qiymətləndirməsində, ümumiləşdirmələrində, təsnifatında qəribə bir özəlliyin olduğunu anons edirdi. Birinci katibin ədalət anlayışına baxışı hər cür rəsmi belə deyək, deklarativ, basmaqəlib ideoloji konyunkturlardan uzaqlığı, daha çox ictimai əxlaq mənəviyyatla bağlı olması ilə fərqlənirdi: Bəli, Heydər Əliyevin həyat fəaliyyətinin ayrı-ayrı fraqmentlərinə nəzər saldıqda, onu məhz haqq-ədalət, halallıq uğrunda mücadilə vermiş bir insan kimi xarakterizə etmək mümkündür.

Azərbaycan Prezidenti İlham Əliyevin yaxın günlərdə Ali Məhkəmənin yeni inzibati binasının açılış mərasimində söylədiyi fikirlər zaman ictimai mündəricə nöqteyi-nəzərindən rəmzi səsləndi: "...Hamı qanun qarşısında bərabər olmalıdır. Heç bir kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir. Hamı qanun qarşısında bərabərdir hamı qanun qarşısında öz məsuliyyətini dərk etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə ədalət bərqərar olunacaqdır".

"Qanunun aliliyinin tətbiq edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir" deyən dövlət başçısı açıq cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesındə hüquqi islahatların uğurla həyata keçirilməsinin ölkənin daha da möhkəmlənməsi, müasirləşməsi, uzunmüddətli, dayanıqlı inkişaf üçün möhkəm əsasların yaradılması yönündə böyük rolu olduğunu vurğuladı. Bəli, ölkənin gücü təkcə iqtisadi artımla ölçülmür. İnsan yalnız qidaya, hansı sosial zümrəyə məxsusluğundan asılı olaraq istər gündəlik tələbat mallarına, istərsə təmtəraqlı şıq həyat tərzinə, bahalı avtomobil dəbdəbəli imarətlərə olan ehtiyaclarını ödəməklə öz ictimai mənəvi təyinatını tam reallaşdıra bilməz. Çünki insanın bir fərd olaraq şüurunda kodlaşdırılmış daha yüksək, ülvi, bəşəri başlanğıclar vardır - azad ölkədə sərbəst yaşamaq, demokratiyanın inkişafı, insan vətəndaş hüquq azadlıqlarına etibarlı təminat, həyatın bütün sahələrində haqqın, ədalətin təntənəsi... Zira, ölkə iqtisadi cəhətdən qədər çox inkişaf edir-etsin, vətəndaşın haqqı yenib ədalət zavala gələcəksə, belə bir cəmiyyət əvvəl-axır tənəzzülə məhkumdur. Qədim yunan hüquqşünaslarından birinin söylədiyi kimi, dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox.

Ölkə Prezidenti İlham Əliyev açılış mərasimindəki nitqində ədalət mühakiməsinin icra olunduğu bu məkanın onun "sakinlərinin" üzərinə ağır söz məsuliyyət yükü qoydu. Dedi ki, bu bina - Ali Məhkəmə ədalət sarayı olmalıdır: "Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir".

Bəli, ictimai həyatda qarşılaşdığı problemin hüquqi çözümü üçün məhkəmələrə baş vuran vətəndaş bu quruma həm bir ümid, pənah ünvanı kimi baxır, Siseronun təbirincə desək, "danışan qanun" olan hakimlərin ədalətli hökm çıxaracağına, adil qərar verəcəyinə ümid bəsləyir. gizlədək, həqiqətin ağzına daş basan, haqqı danıb ədaləti zavala gətirən məhkəmələr, hakimlər yox deyil. Ancaq sevindiricidir ki, onların sayı azdır, azalmaqda davam edir belələrinə qarşı ciddi intizam tədbirləri həyata keçirilir. bu işdə Ali Məhkəmə son dərəcə prinsipial mövqe sərgiləyir, qanunların aliliyi məhkəmə hakimiyyətində şəffaflığın, insan hüquq azadlıqlarının müdafiəsi sahəsində səmərəli işlər görür. Ölkədə aparılan məhkəmə-hüquq sahəsini ehtiva edən islahatların nəticəsidir ki, Ali Məhkəmədə baxılan işlərin keyfiyyəti yaxşılaşıb, vətəndaşların hüquqlarının müdafiəsinin səviyyəsi yüksəlib. Məsələn, ötən il Ali Məhkəmədə 4333 işə baxılmışdır ki, bu da əvvəlki illə müqayisədə 19 faiz çoxdur. Statistika göstərir ki, insanların bu məhkəmə instansiyasına inamı artıb. Belə ki, 2008-ci ildə vətəndaşların müraciəti 22320- çatmışdır ki, bu da əvvəlki ilin göstəricisini 3657 ədəd qabaqlayır. Əlamətdar haldır ki, əlavə kassasiya şikayəti ilə bağlı müraciətlər 2,6 faiz azalmışdır. Eynilə müəyyən edilən müddətdə respublika apellyasiya məhkəmələrinin qəbul etdiyi məhkəmə aktlarının Ali Məhkəmənin kollegiyasında baxılmış işlərin ümumi sayına görə ləğvi 2,5 faiz azalmışdır. Ötən il, bütövlükdə, Ali Məhkəmənin həyatında əlamətdar hadisələrlə zəngin olub. Belə ki, may ayında Bakıda bu qurumun yaradılmasının 85 illiyi münasibətilə beynəlxalq konfrans keçirilmiş, ədliyyə məhkəmə işçilərinin peşə bayramı Azərbaycan ədliyyəsi yaradılmasının 90 illiyi ilə birlikdə təntənəli şəkildə qeyd edilmişdir. 2008-ci il 21 noyabr tarixli sərəncamla Ali Məhkəmənin bir qrup hakiminin vətənin yüksək orden medalları, fəxri adları ilə təltif olunması dövlət başçısının məhkəmə işçilərinə göstərdiyi diqqət qayğının bariz təcəssümü sayıla bilər.

Konkret bir sahədə əldə edilən uğur qədər sanballı olsa da, ölkənin sistemli, ahəngdar, hərtərəfli inkişafını təmin etmək iqtidarında deyildir. Bu inkişaf öz mahiyyəti, mündəricəsi texnikası baxımından universal olmalı, münasibətlərin bütün spektr istiqamətlərini ehtiva etməlidir. Azərbaycanın timsalında biz belə bir rəvan, harmonik irəliləyişi müşahidə edirik: iqtisadi tərəqqi, sosiomədəni yüksəliş, siyasi irəliləyiş, hüquqi islahatlar... biri digərini tamamlamaqla bütövlükdə cəmiyyətin etibarlı inkişafını təmin edən mühüm faktorlar kimi çıxış edirlər. Elə Azərbaycan Prezidenti İlham Əliyev davamlı uğurlar silsiləsinin əsas rəhni kimi məhz "bu amillərin sintezi"nin şərt olduğunu irəli sürür.

 

 

Xalid Niyazov

 

Azərbaycan.-2009.-20 may.-S.4.