Gürcüstan Prezidenti
Mixeil Saakaşvili mayın 20-də Şəhidlər
xiyabanını ziyarət etmişdir.
Burada ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Mixeil
Saakaşvili Azərbaycanın azadlığı və
suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən
oğullarının məzarları üstünə tər
çiçəklər düzdü, "Əbədi məşəl"
abidəsi önünə əklil qoydu.
Müdafiə Nazirliyinin
əlahiddə nümunəvi orkestrinin ifasında
Gürcüstanın və Azərbaycanın dövlət
himnləri səsləndi.
AIi qonağa Şəhidlər
xiyabanının tarixi və paytaxtımızda görülən
abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Prezident Mixeil
Saakaşvili buradan Azərbaycan paytaxtının mənzərəsini
seyr etdi.
Gürcüstan
Prezidentini Bakı Şəhəri İcra Hakimiyyətinin
başçısı Hacıbala Abutalıbov, xarici işlər
nazirinin müavini Xələf Xələfov və digər rəsmi
şəxslər müşayiət edirdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 2.