Zaqatala daha da irəliləyəcək

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cu illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi Zaqatala rayonunda da böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. 2004-2008-ci illəri əhatə edən I Dövlət Proqramının icrası regionların, o cümlədən Zaqatalanın sosial-iqtisadi yüksəlişinə əhəmiyyətli dərəcədə təsir etmiş, rayonun simasını kökündən dəyişmişdir. Dünyanı qlobal maliyyə böhranı bürüdüyü, əksər ölkələrdə işsizliyin, maddi sıxıntının artdığı bir vaxtda ölkəmizdə indiyə qədər görülmüş görülməkdə olan möhtəşəm tədbirlərin davamını şərtləndirən II Dövlət Proqramının qəbulu bölgələrin sosial-iqtisadi inkişafının yeni mərhələsini əsaslandırmaqla yanaşı, insanlarımızın gələcəyə inamını daha da gücləndirir, sosial-iqtisadi tərəqqi yönündə onların mənəvi-psixoloji rahatlığına zəmin yaradır.

Zaqatala RİH başçısı Asif Əsgərovun sözlərinə görə, son beş ildə rayon üzrə nəzərdə tutulan bütün layihələr vaxtında icra olunmuş, iqtisadi sosial sahələrdə baş verən dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər artmış, sahibkarlığın inkişafı üçün lazımi şərait yaradılmış, yeni müəssisələrin yerlərinin açılması yönündə mühüm tədbirlər həyata keçirilmişdir.

II Dövlət Proqramında nəzərdə tutulan sənaye kənd təsərrüfatı istehsalının genişləndirilməsi, elektrik enerjisi, istilik qaz təchizatının yaxşılaşdırılması, səhiyyə, mədəniyyət, idman təhsil müəssisələrinin inşası, yenidən qurulması və digər tədbirlər zaqatalalıların ürəyincə olmuşdur.

 

Rayon təhsil şöbəsinin müdiri Tahir Məmmədov:

- I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Zaqatala rayonunda təhsilin bütün sferaları inkişaf etmiş, məzmunu yeniləşmiş, yeni məktəblər tikilmiş, informasiya texnologiyaları tətbiq edilmişdir. Təhsilə ayrılan vəsait hər il davamlı surətdə artmışdır. 2003-cü ildə rayonun təhsil xərcləri 2,7 milyon manat olduğu halda, 2008-ci ildə 11,3 milyon manata çatmışdır. Son illər rayonumuzda yeni məktəblərin tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri maddi-texniki bazasının yeniləşməsi təhsilin keyfiyyətinin yüksəlməsinə şərait yaratmışdır. Artıq müəllimlərimizin 30 faizi dərslərini kompüter avadanlığının köməyilə tədris edir.

Məlumdur ki, ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəlməsi onun maddi-texniki bazasının möhkəmləndirilməsindən asılıdır. Son beş ildə Prezidentin imzaladığı fərman sərəncamlara uyğun olaraq, Zaqatala şəhərində 320 yerlik internat məktəbi, akademik Zərifə Əliyeva adına 500 yerlik məktəb-lisey, eləcə Qazangül, Marıx, Danaçı, Qanbax digər kəndlərdə yeni məktəb binaları tikilmiş, bütün tədbir ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir. Bütün bunlar çox möhtəşəm işlərdir bu işlərin davamlı olması üçün II Dövlət Proqramının təsdiq edilməsi biz təhsil işçilərini çox sevindirir.

 

Rayon Qaz İdarəsinin rəisi Qurban Mehdiyev:

- II Dövlət Proqramında Zaqatala şəhərinin qaz təchizatının yaxşılaşdırılmasının rayonun yaşayış məntəqələrinin qazlaşdırılmasının nəzərdə tutulmasını hər birimiz böyük minnətdarlıq hissi ilə qarşıladıq. Baxmayaraq ki, regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş I Dövlət Proqramının icrası müddətində Zaqatalada qaz təchizatının yaxşılaşdırılması yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində xeyli görülmüşdür. Bir faktı xatırladım ki, son 3 ildə rayonda qaz abonentlərinin sayı 2,7 dəfə artaraq 8300-ü keçmişdir. Zaqatala şəhəri, Aşağı Tala, Yuxarı Tala, Kebeloba, Muxax Zəyəm kəndləri tam qazlaşdırılmış, Qazangül qəsəbəsi, Çökəkoba, Göyəm, Sumaylı Dardoqqaz kəndlərinə orta təzyiqli qaz xətləri çəkilmişdir. Əliabad qəsəbəsində tikilməkdə olan yeni qaz paylayıcı stansiya isə əlavə 10 kəndin qazlaşmasına imkan verəcək. II Dövlət Proqramının təsdiqi işlərimizin uğurlu davamı üçün bizə daha geniş imkanlar yaradacaq.

 

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Muradov:

- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramının qəbulu ötən müddət ərzində sosial təminat sahəsində görülmüş işlərin davam etdirilməsi deməkdir. Yeri gəlmişkən qeyd edim ki, son illər Zaqatalada pensiya təminatının maliyyə sabitliyi tarazlığı təmin edilmiş, 2081 nəfərə ünvanlı sosial yardım verilmiş, 220 nəfər kimsəsiz yaşlılara xidmət göstərilmişdir. Hazırda 3688 nəfər sosial müavinət alır. Əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, əlil şəhid ailələri üçün 36 28 mənzilli hər cür avadanlıq mebellə təchiz olunmuş yaşayış binaları fərdi evlər tikilmişdir.

 

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət Şərifov:

- Zaqatalada torpaqların sel sularından mühafizə edilməsi, suvarma şəbəkəsinin təmiri əhatəsinin genişləndirilməsi ilə bağlı xeyli işlər görülmüş, suvarma suyundan səmərəli istifadəyə diqqət artırılmışdır. İdarəmiz tərəfindən ötən müddət ərzində Muxaxçayda 500, Talaçayda 160, Bəkməzçayda 100 metr uzunluğunda əsaslı bəndlər tikilmiş, istismarda olan bəndlərdə təmir işləri aparılmış, 10 kənddə suvarma məqsədilə artezian quyuları qazılmışdır. II Dövlət Proqramında nəzərdə tutulan tədbirlər isə bizə imkan verəcək ki, daha 3 çayda bənd tikintisini davam etdirək. Yeni proqramda əlavə texnika almağımız da nəzərdə tutulub. Bu isə əkinə yararlı torpaq sahələrinin suvarılmasında mühüm rol oynayacaq. Nəzərdə tutduğumuz işlərin Dövlət Proqramının tədbirlər planında əksini tapması bir daha deməyə əsas verir ki, üzərimizə düşən vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün heç bir çətinliyimiz olmayacaq.

 

17 saylı Yol İstismarı İdarəsinin rəisi Mövlud Qəhrəmanov:

- Yeni Dövlət Proqramında yol təsərrüfatı nəqliyyatın inkişafı üçün müəyyən tədbirlər nəzərdə tutulub. Bu da həqiqətdir ki, ötən 5 il ərzində Azərbaycanda yol təsərrüfatının inkişafına xüsusi fikir verilmişdir. Təkcə 2006-2008-ci illərdə Zaqatala rayonunda 55 kilometrə yaxın şəhər kənd yolları, o cümlədən 8 körpü tikilmişdir. Hazırda isə Qafqazda bənzəri olmayan 172 metr uzunluğunda asma körpü inşa olunur. Bir-iki aya tikinti başa çatmalıdır. Bütün dünyanı iqtisadi böhran bürüdüyü, hətta məşhur şirkətlərin işlərini dayandırmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda ölkəmizdə sürətli inkişaf tempi təmin edilir. Öz sahəmizlə bağlı bir misal deyim. Təkcə aprel ayı ərzində 6,5 kilometr yol asfaltlaşdırılıb, Qandax-Faldarlı kəndlərinə asfalt yol çəkilişi başa çatdırılıb. Suvagil kəndinə isə yola asfalt döşənməsi davam edir. Son bir ay ərzində 5 min tona yaxın asfalt istehsal etmişik. Bu asfalt rayonun şəhər kənd yollarının abadlaşdırılmasında istifadə olunur.

 

 

Telman Nəzərli

 

Azərbaycan.-2009.-20 may.-S.5.