Azərbaycanın müdafiə naziri Pakistanın müdafiə sənayesi federal naziri ilə görüşmüşdür
Azərbaycanın
müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
mayın 20-də ölkəmizdə rəsmi səfərdə
olan Pakistan İslam Respublikasının müdafiə sənayesi
federal naziri Əbdül Qəyyum Xan Catoy ilə
görüşmüşdür.
Nazirlər
görüşdə ölkələrimiz arasında
mövcud olan hərbi-texniki əməkdaşlığın
perspektivlərini müzakirə etmişlər.
Görüşdə
Pakistanın Azərbaycandakı müvəqqəti işlər
vəkili Samer Cavid iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 2.