Mayın 20-də Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika
Federasiyasının prezidenti Mehriban xanım Əliyeva bədii
gimnastika üzrə 25-ci Avropa çempionatında Azərbaycanı
təmsil etmiş yığma komandanın üzvləri ilə
görüşmüşdür.
Mehriban xanım Əliyeva
əvvəlcə idmançılarımızla xatirə
şəkli çəkdirmişdir.
Gimnastları Avropa
çempionatındakı uğurlu
çıxışları münasibətilə ürəkdən
təbrik edən Mehriban xanım Əliyeva onların
çıxışlarının ölkəmizdə həyəcanla
izlənildiyini demiş, idmançılarımızın
göstərilən etimadı doğrultduqlarını
bildirmişdir.
Çempionatın
yüksək səviyyədə təşkilini qeyd edən
Mehriban xanım Əliyeva Azərbaycanın qitə
yarışında böyük uğur qazanmasının
sevindirici hal olduğunu bildirmiş və vurğulamışdır
ki, komandamız bu çempionatda bədii gimnastika ənənələri
ilə məşhur olan ölkələri belə geridə
qoymuşdur.
Azərbaycan Gimnastika
Federasiyasının böyük işlər
gördüyünü vurğulayan Mehriban xanım Əliyeva
idmançılarımızın 25-ci Avropa
çempionatında çox yaxşı
çıxış etdiklərini və gözəl
göründüklərini bildirmişdir.
Yarışla
bağlı təəssüratlarını bildirən
gimnastlar çempionatın yüksək səviyyədə təşkil
edildiyini, onlara göstərilən etimadı doğrultmağa
çalışdıqlarını söyləmişlər.
Göstərilən
qayğıya və dəstəyə görə minnətdarlıq
edən idmançılar Azərbaycan Gimnastika
Federasiyasının onlar üçün bir ailə
olduğunu vurğulamışlar.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 4.