Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 8, I kitab,
maddə 584; 2001-ci il, ¹ 1, maddə 24, ¹ 3, maddə 139, ¹ 7, maddə
455, ¹ 11, maddələr 680, 698, ¹12, maddə 731; 2002-ci il, ¹ 1,
maddə 9, ¹ 4, I kitab, maddə 165, ¹ 5, maddələr 234, 237,
239, ¹ 6, maddə 326, ¹ 8, maddə 463, ¹ 12, maddə 692;
2003-cü il, ¹ 1, maddələr 3, 13, 23, ¹ 4, maddələr
177, 178, ¹ 5, maddə 228, ¹ 6, maddələr 257, 276, 279, ¹ 8, maddələr
407, 425, ¹ 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004-cü il, ¹ 1, maddələr 6, 7, 10, 13, ¹ 4, maddələr
200, 201, 204, ¹ 5, maddələr 313, 314, 317, 321, ¹ 6, maddə 397,
¹ 8, maddələr 596, 597, ¹ 10, maddələr 762, 779, ¹ 11, maddə
900, ¹ 12, maddə 973; 2005-ci il, ¹ 1, maddələr 5, 6, ¹ 2, maddə
61, ¹ 4, maddələr 272, 273, 275, 278, ¹ 6, maddələr 462,
466, ¹ 7, maddə 576, ¹ 8, maddələr 691, 692, ¹ 10, maddələr
875, 877, 904, ¹11, maddələr 993, 994, 995, ¹ 12, maddələr
1083, 1085; 2006-cı il ¹ 2, maddələr 64, 68, ¹ 3, maddələr
219, 220, 223, 225, ¹ 5, maddə 385, ¹ 6, maddə 478, ¹ 11, maddələr
923, 924, 932, ¹ 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, ¹ 1, maddələr
3, 4, ¹ 2, maddələr 65, 68, ¹ 5, maddələr 397, 398, 401,
440, ¹ 6, maddələr 560, 561, 562, 579, ¹ 8, maddə 757, ¹ 10,
maddələr 935, 936, 938, 940, ¹ 11, maddələr 1048, 1049,
1053, 1070, 1077, 1080, 1089, 1091, ¹ 12, maddələr 1195, 1211, 1217,
1218, 1221; 2008-ci il, ¹ 2, maddə 47, ¹ 3, maddələr 146, 152,
159, ¹ 4, maddə 249, ¹ 5, maddə 340, ¹ 6, maddələr 454,
460, 461, 464, ¹ 7, maddələr 601, 602, 605¹ 8, maddələr
699, 701, ¹ 10, maddələr 884, 885, ¹ 11, maddələr 956, 957,
¹12, maddələr 1045, 1047, 1049; Azərbaycan
Respublikasının 2008-ci il 2 dekabr tarixli 728-IIIQD nömrəli,
16 dekabr tarixli 740-IIIQD və 744-IIIQD nömrəli qanunları)
aşağıdakı dəyişikliklər və əlavələr
edilsin:
1. 224-cü maddənin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
"inzibati xətanın
bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə
və ya edilməməklə fiziki şəxslər
üç yüz əlli manatdan beş yüz manatadək
miqdarda, vəzifəli şəxslər min altı yüz əlli
manatdan iki min iki yüz manatadək miqdarda cərimə
edilir.".
2. 225.1-ci maddənin
sanksiyasında "otuz manatdan qırx manatadək" sözləri
"beş yüz manatdan min manatadək" sözləri ilə
əvəz edilsin.
3. 225.2-ci maddənin
sanksiyasında "iyirmi manatdan əlli manatadək"
sözləri "beş yüz manatdan min manatadək"
sözləri ilə əvəz edilsin.
4. 226.1-ci maddənin
sanksiyasında "beş manatdan iyirmi manatadək"
sözləri "səkkiz yüz manatdan min manatadək"
sözləri ilə əvəz edilsin.
5. 226.2-ci maddənin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
"min yüz manatdan
min altı yüz əlli manatadək miqdarda cərimə
edilir.".
6. 227-ci maddənin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
"fiziki şəxslər
üç yüz əlli manatdan beş yüz manatadək
miqdarda, vəzifəli şəxslər min altı yüz əlli
manatdan iki min iki yüz manatadək miqdarda cərimə
edilir.".
7. 228.0.1-ci maddədən
"və keyfiyyəti" və ", onların işlədilməsi"
sözləri çıxarılsın.
8. 228.0.3-cü maddədə
"normativ sənədlərin" sözlərindən əvvəl
"standartların və dıgər" sözləri əlavə
edilsin.
9. 228.0.4-cü maddədə
"məcburi sertifikatlaşdırılmalı, lakin
sertifikatlaşdırılmamış malların" sözləri
"qanunvericiliyə uyğun olaraq
sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmadan malların istehsalına,"
sözləri ilə əvəz edilsin.
10. 228.0.5-ci maddədə
"buraxılmasına" sozü "istehsalına"
sözu ilə əvəz edilsin.
11. 228.0.6-cı maddə
çıxarılsın.
12. 228.0.10-cu maddədə
"dövlət sınaqlarından" sözlərindən
əvvəl "dövlət reyestrinə daxil edilməyən,"
sözləri əlavə edilsin.
13. 228-ci maddənin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
"vəzifəli
şəxslər min beş yüz manatdan iki min manatadək
miqdarda, hüquqi şəxslər dörd min manatdan beş
min manatadək miqdarda cərimə edilir.".
14. 231-ci maddənin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
"vəzifəli
şəxslər beş yüz manatdan min manatadək miqdarda,
hüquqi şəxslər iki min manatdan üç min manatadək
miqdarda cərimə edilir.".
15. 237-ci maddənin
sanksiyası aşağıdakı redaksiyada verilsin:
"inzibati xətanın
bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə
fiziki şəxslər səkkiz yüz manatdan min manatadək
miqdarda, vəzifəli şəxslər üç min manatdan
beş min manatadək miqdarda cərimə edilir.".
16. 317-ci maddədə:
16.1. maddənin
adında "dövlət nəzarətini" sözlərindən
sonra", habelə dövlət metroloji nəzarətini"
sözləri əlavə edilsin;
16.2. maddənin mətni
317.2-ci maddə hesab edilsin və sanksiyasında "iyirmi
manatdan qırx manatadək" sözləri "dörd min
manatdan beş min manatadək" sözləri ilə əvəz
edilsin;
16.3. Məcəlləyə
aşağıdakı məzmunda 317.1-ci maddə əlavə
edilsin:
"317.1. Dövlət
standartlarının tələblərinə riayət edilməsinə
dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri tərəfindən
səlahiyyətləri daxilində yoxlamaların və digər
nəzarət tədbirlərinin keçirilməsinə
maneçilik törədilməsinə və ya həmin məqsədlə
səlahiyyətli şəxslərin yoxlama yerinə
buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin
yerinə yetirilməməsinə görə - fiziki şəxslər
beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli
şəxslər üç min manatdan dörd min manatadək
miqdarda cərimə edilir.".
17. 323-cü maddədə:
17.1. maddənin
dispozisiyasında "müəyyən edilmiş" sözlərindən
sonra "yazılı" sözu əlavə edilsin;
17.2. maddənin mətni
323.2-ci maddə hesab edilsin və sanksiyasında "otuz
manatdan altmış manatadək" sözləri
"dörd min manatdan beş min manatadək" sözləri
ilə əvəz edilsin;
17.3. Məcəlləyə
aşağıdakı məzmunda 323.1-ci maddə əlavə
edilsin:
"323.1.
İstehlakçıların hüquqlarının ¹müdafiəsini
həyata keçirən müvafiq icra hakimiyyəti
orqanının vəzifəli şəxsləri tərəfindən
səlahiyyətləri daxilində yoxlamaların və digər
nəzarət tədbirlərinin keçirilməsinə
maneçilik törədilməsinə və ya həmin məqsədlə
səlahiyyətli şəxslərin yoxlama yerinə
buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin
yerinə yetirilməməsinə görə -
fiziki şəxslər
beş yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli
şəxslər üç min manatdan dörd min manatadək
miqdarda cərimə edilir.".
18. 360.1-ci maddədə
"315-1," rəqəmindən sonra "317.1, 323.1," rəqəmləri
əlavə edilsin.
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2009-cu il
Azərbaycan.- 2009.- 21 may.- S. 3.