"Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövlət Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişinonun Protokolunun təsdiq edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" 2009-cu il fevralın 10-da Əl-Küveyt şəhərində imzalanmış Saziş və onun Protokolu təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2009-cu il

 

Azərbaycan.- 2009.- 21 may.- S. 3.