"Azərbaycan
Respublikası Hökuməti və İran
İslam Respublikası Hökuməti
arasında gəlirlərə və əmlaka görə
vergilərə münasibətdə ikiqat
vergitutmanın aradan qaldırılması
və vergidən yayınmanın qarşısının
alınması haqqında" Sazişin
və onun Protokolunun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan
Respublikası Hökuməti və İran İslam
Respublikası Hökuməti arasında gəlirlərə və
əmlaka görə vergilərə münasibətdə
ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması
haqqında" 2009-cu il martın 10-da Tehran şəhərində
imzalanmış Saziş və onun Protokolu təsdiq edilsin.
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2009-cu il
Azərbaycan.- 2009.- 21 may.- S. 3.