"Rumıniya və
Bolqarıstan Respublikasının Avropa
İttifaqına qəbul olunması ilə əlaqədar bir tərəfdən Azərbaycan
Respublikası, digər tərəfdən Avropa
Birlikləri bə onların üzvü olan dövlətlər arasında
bağlanmış Tərəfdaşlıq və
Əməkdaşlıq haqqında" Sazişə Protokolun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. 2008-ci il dekabrın
9-da Brüssel şəhərində imzalanmış
"Rumıniya və Bolqarıstan Respublikasının Avropa
İttifaqına qəbul olunması ilə əlaqədar bir tərəfdən
Azərbaycan Respublikası, digər tərəfdən Avropa
Birlikləri və onların üzvü olan dövlətlər
arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq
haqqında" Sazişə Protokol təsdiq edilsin.
II. Bu qanun dərc
edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2009-cu il
Azərbaycan.- 2009.- 21 may.- S. 3.