Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də
ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin
komandanı, general Bants Kraddokun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan
ilə ABŞ arasında ikitərəfli münasibətlərin
hazırkı vəziyyəti və perspektivlərinə dair
fikir mübadiləsi aparılmış, regional əməkdaşlıq
və beynəlxalq məsələlər müzakirə
edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 1.