Yəmən Respublikasının Prezidenti zati-aliləri cənab Əli Abdullah Salehə

 

Hörmətli cənab Prezident!

Yəmən Respublikasının milli bayramı - Yəmən birliyi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Yəmən arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 may 2009-cu il

 

Azərbaycan.- 2009.- 22 may.- S. 1.