Gürcüstan Prezidenti Mixeil
Saakaşvilinin Azərbaycanın
Baş naziri Artur Rasizadə ilə görüşü
Gürcüstan dövlətinin
başçısı Bakıda aparılmış
danışıqlardan məmnun olduğunu bildirərək
qeyd etmişdir ki, neft-qaz və energetika sahəsində əməkdaşlığa
dair, o cümlədən Gürcüstan ərazisində qaz
anbarları tikilməsi barədə razılaşma əldə
edilmişdir. M.Saakaşvili demişdir ki, həmin anbarlar
ölkəsinin təbii qaz ilə təchizatına çoxillik
təminat olacaqdır.
Gürcüstan Prezidenti
qış dövründə qaz verilməsində fasilələr
olmadığına görə Azərbaycana təşəkkürünü
bildirmişdir. Prezident Mixeil Saakaşvili demişdir: "Azərbaycan
Gürcüstanın ən yaxın dostudur".
Azərbaycanın
Baş naziri Artur Rasizadə vurğulamışdır ki, iki
ölkənin müxtəlif idarələri arasında tənzimlənmiş
geniş əlaqələr qarşıya çıxan məsələləri
operativ həll etməyə imkan verir. Baş nazir ölkələrimiz
arasında ikitərəfli iqtisadi əməkdaşlığın
yaxşı dinamikaya malik olduğunu qeyd etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 1.