Mayın 21-də
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi
səfəri başa çatmışdır. Azərbaycanın
və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali
qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Gürcüstan dövlətinin
başçısı əvvəlcə hava limanının
şimal terminalında ümummilli lider Heydər Əliyevin
büstü önünə gül dəstələri
düzdü. Daha sonra Mixeil Saakaşviliyə yeni
açılmış Bakı-Batumi reysinin ilk sərnişini
olması münasibətilə bir nömrəli bilet və
sertifikat təqdim olundu.
Prezident Mixeil
Saakaşvilini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
və digər rəsmi şəxslər Bakı-Batumi reysi ilə
yola saldılar.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 2.