Azərbaycan Mühəndislik
Akademiyasından (AMA) bildirmişlər ki, AMA-nın
vitse-prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik
Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyası
Prezidentlər Şurasının qərarı ilə beynəlxalq
mükafata layiq görülmüş, diplom və
böyük qızıl medalla təltif olunmuşdur.
Akademik Arif Paşayev bu
mötəbər beynəlxalq mükafata aviakosmik texnika və
texnologiya sahəsində mühəndislik elminin
inkişafında görkəmli xidmətlərinə görə
layiq görülmüşdür.
Eyni zamanda, akademik Arif
Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının fəxri
diplomu ilə də təltif olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 3.